“Gürcü Arzusu”nun sədri İrakli Kobaxidze “Mtavari Arxi”nin təsisçisi və baş direktoru Nika Qvaramiyanın əfvini şərh edib və prezidentin qərarı haqqında “bir agentə digər agenti əfv etdirdilər” deyib.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“Biz ümid edirdik ki, prezident bunu etməyəcək, bu addımı atmayacaq. Lakin təəssüf ki, Gürcüstan prezidenti Nika Qvaramiyanın o zaman onun haqqında dedikləri ilə razılaşdığını təsdiqləyib. Bu, çox üzücü hadisədir.
Əslində, belə bir şey oldu ki, bir agentə başqa agenti əfv etdirdilər. Bu bir şeyi sübut edir ki, Gürcüstanda qütbləşməni qızışdırmaq istəyən qüvvələr var.
Prezident Gürcüstan cəmiyyətini qərarının səbəblərini açıqlamağa belə layiq görmədi. Məlum oldu ki, hətta bir ay əvvəl bir neçə Avropa deputatının əfvlə bağlı məlumatı olub, yəni Gürcüstan prezidenti özünü gürcü cəmiyyəti qarşısında deyil, mənfur Avropa parlamenti deputatları və onların himayədarları qarşısında cavabdeh hesab edir. Bu, Gürcüstan prezidentinin kimin diktəsi ilə hərəkət etdiyini göstərir. O, Gürcüstan əhalisinin diktəsi, seçicilərin diktəsi ilə deyil, kənar diktə ilə hərəkət edir”, - Kobaxidze bildirib.
Onun qiymətləndirməsinə görə, Nika Qvaramiyanın azadlığa buraxılması ölkədə qütbləşməyə doğru atılan addımdır: “Bunun siyasi proseslərə hər hansı ciddi təsir edəcəyini deyə bilmərəm, amma hamınız xatırlayırsınız ki, Qvaramiya ölkədə əsas qütbləşdirən şəxs, qütbləşməyə ən çox töhfə verən insan idi”.
2022-ci il mayın 16-da 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilən “Mtavari Arxi” teleşirkətinin təsisçisi və baş direktoru Nika Qvarami iyunun 21-də prezident Salome Zurabişvili tərəfindən əfv edilib. Zurabişvilinin dediyi kimi, o, Ali Məhkəmənin Qvaramiyanın kassasiya şikayətini qəbuledilməz saymasındanvə bununla da bütün hüquqi addımlar tükətdikdən sonra bu qərarı verib.
“Düşünmürəm ki, o, həqiqətən bunu mənim üçün etməyib. O, bunu prezidenti olduğu ölkə üçün edib və hesab edirəm ki, bu, həqiqətən də onun ləyaqətini artırır. Səhvlərimə görə inadkar olmayacağam. Düzünü desəm, bu günlərdə ona qarşı istifadə olunacağına çox şübhə etdiyim o videolarda özümü bəyənmirəm. Qadına qarşı bu cür rəftar iyrəncdir. Təəsüflənirəm və buna görə ondan üzr istəyirəm”, – Qvaramiya azadlığa çıxdıqdan sonra bildirib.
Prezidentin bu qərarı Amerika Birləşmiş Ştatlarının Gürcüstandakı səfiri Kelli Deqnan, beynəlxalq insan haqları təşkilatları və Avropa Parlamentinin üzvləri tərəfindən alqışlanıb.
Üç gün əvvəl, iyulun 21-də Qonşuluq Siyasəti və Genişlənmə üzrə Avrokomissar Oliver Varhei Gürcüstanın 12 tövsiyəni yerinə yetirməsi ilə bağlı şifahi hesabat təqdim edib. Onun sözlərinə görə, Gürcüstan media plüralizminə və media sahiblərinə qarşı cinayət prosedurlarına istinad edən tövsiyə ilə bağlı heç bir irəliləyiş əldə etməyib. Siyasi qütbləşmə probleminin həlli istiqamətində atılan addımlar müəyyən irəliləyiş kimi qiymətləndirilib. Bütün 12 tövsiyə yerinə yetirilərsə, Avropa İttifaqı Gürcüstana üzvlüyə namizəd statusu verməyə hazırdır. Oktyabr ayında yekun fəaliyyət hesabatı hazırlanacaq.