Çin Gürcüstan vətəndaşları üçün vizasız rejim təsis edib

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

Gürcüstan vətəndaşları Çin Xalq Respublikasına vizasız daxil ola və 30 gün qala biləcəklər. Bu barədə Gürcüstanın baş naziri İrakli Kobaxidze hökumətin bugünkü iclasında məlumat verib.

“Çin Xalq Respublikası Gürcüstan vətəndaşları üçün vizasız gediş-gəliş rejiminin təsisi ilə bağlı qərar qəbul edib. Gürcüstan vətəndaşları ardıcıl olaraq Çində 30 gün vizasız qala biləcəklər. Bu, həmvətənlərimizin Çinə səfərini asanlaşdıracaq və Gürcüstan və Çin arasında siyasi, iqtisadi və mədəni əlaqələrin daha da inkişafı üçün yeni imkanlar yaradacaq ən mühüm qərardır”, - deyə İrakli Kobaxidze bildirib.

Baş nazirin sözlərinə görə, bu qərar ötən il Gürcüstan və Çin arasında imzalanmış strateji tərəfdaşlıq sazişinin daha bir mühüm nəticəsidir.

“Mən həmvətənlərimizi təbrik edirəm və bu mühüm qərara görə çinli dostlarıma və Çin hökumətinə təşəkkür etmək istəyirəm”, - Kobaxidze deyib.

Strateji tərəfdaşlıq sazişi imzalandıqdan sonra, 2023-cü ilin sentyabrında Gürcüstan Çin Xalq Respublikasının vətəndaşları üçün vizasız rejim təsis edib. Nəticədə Çin vətəndaşları Gürcüstana vizasız daxil olmaq və yalnız turizm məqsədləri üçün tam 30 gün qalmaq hüququ qazanıblar.

Gürcüstanla Çin arasında birbaşa hava reysləri həyata keçirilir. Milli Turizm Agentliyinin məlumatına görə, 2023-cü ildə Çindən Gürcüstana 48 304 turist səfər edib ki, bu da 2022-ci ilin göstəricilərindən 554,5% pandemiyadan əvvəlki dövrlə, 2019-cu illə müqayisədə isə 0,5% çoxdur.

 

Bu mövzu haqqında:

ABŞ və Çinlə strateji tərəfdaşlığın dərinləşdirilməsi çox vacibdir - Kobaxidze

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur