Daxili İşlər Nazirliyi aksiyada polislər tərəfindən döyülən Elisaşvilini qanuna tabe olmamaqda ittiham edir

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

Daxili İşlər Nazirliyi aprelin 17-də hökumət administrasiyası qarşısında keçirilən aksiyada polislər tərəfindən şiddətli şəkildə döyülən Gürcüstan parlament deputatı Aleko Elisaşvilinin qanun pozucusu elan edilməsini tələb edir. DİN iyulun 9-da tərtib etdiyi inzibati xətalar haqqında protokola əsasən, müxalifətçi deputatı xırda xuliqanlıqda və polis əməkdaşının tələbinə tabe olmamaqda ittiham edir.

Elisaşvili etiraz əlaməti olaraq Tbilisi Şəhər Məhkəməsindəki prosesi tərk edib.

“Daxili İşlər Nazirliyi ona sərf edən epizodu götürüb, qalanı olmamış kimi göstərib. Məni ünvasız söyüş söyməkdə, xuliqanlıqda ittiham edirlər. Bir neçə kişi məni amansızcasına döyürsə və sən buna qulaq asmırsansa, əlbəttə, vecinə deyilsən. Bu binada olmaq və Murusidzenin rəhbər olması artıq ürək bulandırıcıdır. Bu kantora və dükana ki, girdim ona da ürəyim bulanır. Ayağa qalxıb məhkəməni tərk etdim. Mən ona düşündüklərimi söylədim. Mənim heç kimə borcum yoxdur”, - deyə Aleko Elisaşvili bildirib.

Daxili İşlər Nazirliyi Elisaşvili kimi Davit Katsaravanı da xırda xuliqanlıqda və polisə tabe olmamaqda ittiham edir. Mülki fəal mayın 14-də keçirilən aksiyada xüsusi təyinatlılar tərəfindən qanunsuz saxlanılıb və şiddətli şəkildə döyülüb.

Aprelin 17-də “Vətəndaşlar” partiyasının lideri Aleko Elisaşvili hökumət administrasiyası qarşısında keçirilən aksiyada polis kordonunu yarmaq və binaya daxil olmağa cəhd etdikdən sonra fiziki təzyiqə məruz qalıb. “Pirveli” teleşirkətinin yayımladığı kadrlarda onlarla polisin yerdə uzanmış Elişavilini əlləri və təpikləri ilə döydüyü görünür. Xüsusi İstintaq Xidməti işi vəzifə səlahiyyətlərini aşmaq maddəsi ilə başlayıb, baxmayaraq ki, deputat səlahiyyətlərini icra edənə qarşı qrup şəklində zorakılığa görə heç kim saxlanmayıb.

“Heç kəsə, hətta polisə də ittiham irəli sürülməyib. Ancaq məni döyən polislər gün üzündədir. Heç onları dindirmirlər, heç kimin saxlanılmadığı bir faktdır. Üstəlik, Xüsusi İstintaq Xidməti məni iki aydır ki, zərərçəkmiş kimi tanımır. Daha nə əziyyət çəkməliyəm? Qabırğamı sındırdılar, döyüldüyüm üzümdən görünürdü, kadrlardan da görünürdü ki, məni qətiyyətlə döyürlər. Biz belə biabırçı ölkədə yaşayırıq, ölkədə belə biabırçı hökumət və istintaq strukturları var”, - Elisaşvili iyunun 13-də deyib.

Aleko Elisaşviliyə qarşı hökumət administrasiyasında zorakılıq və onun saxlanılmasından əvvəl aprelin 15-də parlamentdə Hüquq Məsələləri Komitəsinin iclasında rus qanunun müzakirəsi zamanı Elisaşvili parlament çoxluğunun lideri və qanunun müəlliflərindən biri olan Mamuka Mdinaradzeni vurub.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur