“Vətəndaşlar” partiyasının lideri, deputat Aleko Elisaşvili Xüsusi İstintaq Xidməti önündə növbəti brifinq keçirib. Onun polis tərəfindən döyülməsindən təxminən iki aya yaxın vaxt keçsə də, istintaq orqanı heç kimə qarşı ittiham irəli sürməyib.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“İki aydır ki, mənə, bir qayda olaraq toxunulmazlıq hüququ ilə qorunan deputata Dövlət Dəftərxanası binasında günün günorta çağı polislər tərəfindən mütəşəkil zorakılıq təşkil olunub. Bütün bu zorakılıq, yerə yıxılmış vəziyyətdə mənə qətiyyətlə vurmaları görüntülərdə görünürdü. Bu kadrlara görə Xüsusi İstintaq Xidməti məcbur olub... adları var, düzdür, lakin, bu əslində biabırçı təşkilatdır. İki aydır ki, araşdırma aparırlar. İstintaqın mahiyyəti və nəticəsi ondan ibarətdir ki, bu iki ay ərzində heç kəsə, hətta bir polis əməkdaşına belə ittiham irəli sürülməyib. Axı məni döyən polislər orada görünür. Heç onları dindirmirlər, heç kimin saxlanılmayıb, bu faktdır.
Üstəlik, Xüsusi İstintaq Xidməti məni iki aydır ki, zərərçəkmiş kimi tanımır. Daha nə zədə almalı idim? Qabırğamı sındırdılar, döyüldüyüm üzümdən görünürdü, kadrlardan da görünürdü ki, məni qətiyyətlə döyürlər. Biz belə biabırçı ölkədə yaşayırıq, ölkənin belə biabırçı hakimiyyəti, istintaq strukturları var.
Onlar xüsusi olaraq istintaq aparmırlar. Mən zərərçəkmiş kimi tanınmıram, çünki zərərçəkmiş kimi tanınsam, bütün materiallara, mənim və vəkilimin çıxışı olmalıdır. Həmin polislərin kimliyini açıqlamaq istəmirlər.
Niyə bunu edirlər? Çünki cinayətkar dəstəyə çevrilmiş bugünkü “Gürcü Arzusu” iki resursa arxalanır. Bunlar küçədə insanları qarşılayıb onlara hücum edən, qana bulayan, daha maska da taxmayan zonderlər və ikincisi, toxunsan bütün zorakı-quldur hökumət vertikalı çökəcək zorakı polislərdir. Ona görə də istintaq aparmırlar”, - deyə Aleko Elisaşvili bildirib.
Deputatın sözlərinə görə, hakimiyyət dəyişikliyindən sonra zorakılıq edən polislər “çox ağır cəzalandırılacaq”.
Xüsusi təyinatlılar və polis rus qanununa qarşı dinc aksiya iştirakçılarına dəfələrlə hücum edib. Daxili İşlər Nazirliyinin Xüsusi Təyinatlılar Departamentinin direktoru, Xareba kimi tanınan Zviad Xarazişvili jurnalistlərə deyib ki, aksiyalarda siyahısında olan “nakişiləri” döyür. Aprelin 17-də Aleksandre Elisaşviliyə, aprelin 30-da isə digər parlament üzvü, “Vahid Milli Hərəkat”ın keçmiş sədri Levan Xabeişviliyə qarşı fiziki zorakılıq edilib. Mayın 14-də Daxili İşlər Nazirliyinin əməkdaşları mülki fəal Davit Katsaravaya ağır xəsarətlər yetiriblər. Elisaşvili bildirib ki, bir neçə polis onu patrul polis idarəsinin direktoru Vaja Siradzenin göstərişi ilə sürüyüb və bu zaman o, yıxılıb və ona ardııl zərbələr endiriblər.