Dövlət Təhlükəsizliyi Xidmətinin müstəntiqi Qiorqi Mumladze “Formula” TV-nin təsisçilərindən və aparıcılarından biri olan Mişa Msvildadzeyə hücumda əli var. Bu barədə məlumatı “Formula” teleşirkəti öz mənbələrinə və müşahidə videokameralarına əsaslanaraq yayıb.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“Faktdır ki, Mişa Mşvildadzeyə hücum təşkil edilib və təəssüf ki, bu işdə vəzifəsi jurnalisti döymək və sonra bunu, hansısa patriarxı sevən, dəliqanlı gənc edibmiş kimi təqdim etməli olan deyil də, təhlükəsizliyi təmin etməli olan Dövlət Təhlükəsizlik Xidməti iştirak edib. Faktlar bu hücumda DTX-nın əməkdaşının iştirak etdiyini göstərir. Bütün bunlara təcili reaksiya verilməlidir”, - “Formula”nın efirində hücumun yeni təfərrüatlarından danışan jurnalist Davit Kaşiaşvili bildirib.
Jurnalistlərin əldə etdiyi məlumata görə, Qiorqi Mumladze Vaja-Pşavela prospektində Mişa Msvildadzeni təqib edib və ona edilən hücum prosesinə şahidlik edib. “Formula”nın məlumatına görə, Qiorqi Mumladzeni həm də DTX-nın əməkdaşı olan daha bir nəfər, kişi müşayiət edib. “Formula” bu şəxsin adını çəkməyib.
Televiziya şirkətinin məlumatına görə, 1998-ci il təvəllüdlü Qiorqi Mumladze Dövlət Təhlükəsizlik Xidmətinin rəis müavini Levan Axobadzenin xaç oğlu və onun kadrıdır. Qiorqi Mumladze DTX-da işə başlamazdan əvvəl Daxili İşlər Nazirliyində işləyib.
Bundan əlavə, “Formula”nın məlumatına görə, hücumda üç maşın iştirak edib ki, bu da teleşirkətin mənbəsinin bildirdiyinə görə, DTX İdarəsinə aiddir.
Dövlət Təhlükəsizliyi Xidməti Formula TV-nin yaydığı məlumata hələlik münasibət bildirməyib.
Mişa Mşvildadzeyə iyunun 27-si axşam saatlarında küçədə tək yeriyərək supermarketə daxil olarkən hücum olunub. Ertəsi gün vətəndaş Nikoloz Quqeşaşvili sosial şəbəkədə cinayəti etiraf etdiyi bəyanat yayıb: “Mən Nikoloz Quqeşaşvili, Qldanidən olan kişi, 4 uşaq atasıyam. Dünən Vaja-Pşavelada, “Karfur”un yaxınlığında, Mişa Msvildadzeni döydüyüm etdiyim yerdə idim. Döyülməsinə səbəb onun kilsəni cinayətkar adlandırması və xaçın zorakılıq simvolu olduğunu deməsi, patriarxı, gürcü millətini və atalarımızı lənətləməsi, həmçinin Facebook-da məni və dostlarımı söyməsidir. Ona görə də mən heç yerdə gizlənməyəcəm”, – Quqeşaşvili yazıb.
Daxili İşlər Nazirliyi Nikoloz Quqeşaşvilini həbs edib. Məhkəmənin hökmü ilə onun barəsində həbs qətimkan tədbiri seçilib. Faktla bağlı Cinayət Məcəlləsinin döymə və ya zorakılığın digər formaları olan 126-cı maddəsi ilə istintaq aparılır. Mişa Mşvildadze və “Formula” teleşirkəti ixtisasların dəyişdirilməsini tələb edir.
Mişa Mşvildadzeyə qarşı zorakılığın əvvəlcədən təşkil olunduğuna dair şübhə lap əvvəldən yaranmışdı və bunu Nikoloz Quqeşaşvilinin cinayəti “Qirçi - Daha Çox Azadlıq” partiyası lideri Zurab Caparidzeyə hücum çəkən şəxsin bir neçə gün əvvəl etiraf etdiyi kimi etiraf etməsi faktı ilə də təsdiqlənir. Bundan başqa, Nikoloz Quqeşaşvilinin məhkəməsində “Öncə Gürcüstan” hərəkatının yaradıcısı Vato Şakarişvili iştirak edib və təqsirləndirilən şəxslərin azadlığa buraxılmasını tələb edib. Vato Şakarişvili sosial şəbəkələrdə Zurab Caparidzeyə qarşı zorakılığı ilk şərh edən şəxs olub. O, Caparidzeyə hücumla eyni vaxtda Borjomidəki gənclər düşərgəsinə hücum çəkən bir qrup zoraki dəstəyə də rəhbərlik edib. Zurab Caparidze Qoridə hücuma məruz qalanda bu düşərgəyə təlim keçməyə gedirdi.