Dövlət Təhlükəsizliyi Xidməti Rusiya-Gürcüstan müharibəsi veteranı, “Milli Hərəkat” partiyasından Poti Şəhər Şurasının üzvü, Ukraynada da döyüşmüş Laşa Ruxaianı dindirilməyə çağırıb. Avqustun 25-də Ruxaia Tbilisi Şəhər Məhkəməsində magistrat hakimi qarşısında dindiriləcək.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“İş niyə “məxfilik” qrifi ilə qaldırılıb? Çünki onlar öz yaratdıqları nağıllardır. İllər keçdi, hətta Çikaidzenin [2013-15-ci illərdə daxili işlər naziri – red.] vaxtında “Maydan” təşkil edəcəklər deyəndə dəfələrlə DTX-ya çağırıldım. O qutu da rəfdədir və bar tutub.
İndi yenə çağırırlarr. Bütün bunlar mənə gülməli gəlir. Bidzina İvanişvili Putindən tapşırıq alıb və bu, seçkiqabağı onlara lazımdır, guya bununla döyüşçüləri qorxudacaqlar. Gürcü döyüşçüləri ölkəmizi devirməyəcəyik. Biz yalnız və yalnız Rusiyanın şər imperiyasını devirəcəyik”, - Ruxaya bildirib.
Laşa Ruxaia Ukraynada “Gürcü Legionu”nun sıralarında döyüşüb, özünün dediyi kimi, bir ildir ki, Gürcüstandadır. Ondan başqa DTX dindirilməyə Qela Kaxabrişvili, Vaja Tsatsadze, Nadim Xmaladze, Laşa Çiqladze və Konstantin Cğamaianı çağırıb.
Gürcüstan Dövlət Təhlükəsizliyi Xidmətinin bu gün bəyan etdiyi kimi, onlar “Gürcü Arzusu” partiyasının fəxri sədri Bidzina İvanişvilinin Ukraynada olan Gürcüstan hökumətinin keçmiş yüksək rütbəli məmurları və hüquq-mühafizə orqanlarının keçmiş əməkdaşları tərəfindən təşkil edilən və maliyyələşdirilən qətlin hazırlanması faktlarını araşdırırlar”. İş Cinayət Məcəlləsinin 18-323 və 315-ci maddələrinin birinci hissələri, yəni terror aktının hazırlanması və dövlət hakimiyyətini devirmək üçün sui-qəsd təşkil etmə üzrə qaldırılıb.
“Gürcü legionu”nun komandiri Mamuka Mamulaşvili bildirib ki, hazırda əksəriyyəti Ukraynada olan birləşmənin 300-ə yaxın üzvü Gürcüstanda axtarışa verilib. Mamulaşvili “The Insider” nəşrinə müsahibəsində Ukrayna tərəfində döyüşən Gürcüstan vətəndaşlarının DTX-ya çağırılmasına münasibət bildirib və Rusiyanın “Gürcü Legionu” üzvlərini axtarışa verdikdən sonra hadisələrin belə inkişaf edəcəyini gözlədiyini bildirib. “Bu, ona görə edilib ki, Gürcüstan hakimiyyətinin bizi həbs etmək üçün əsası olsun. Bu gün Rusiya və Gürcüstan xüsusi xidmət orqanları sinxron işləyir”, - Mamuka Mamulaşvili hesab edir.
Müxalifətin qiymətləndirməsinə görə, hakimiyyət “dövlət çevrilişi” ilə bağlı bəyanatlarla insanları qorxutmağa, hakimiyyəti saxlamağa çalışır.