“Gürcü Arzusu” prezidentin parlamentə təqdim etdiyi, Milli Bankın İdarə Heyəti üzvlüyünə namizədlər, Qiorqi Bakradze və Dimitri Caparidzeni dəstəkləməyəcək. Hakim partiyanın sədri İrakli Kobaxidzenin sözlərinə görə, parlament çoxluğu artıq bu məsələ ilə bağlı məsləhətləşmələr aparıb və qərar qəbul edib.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“Biz məsləhətləşmələr aparılmadan təqdim olunan müvafiq namizədləri dəstəkləməyəcəyik. İstənilən demokratik ölkədə standart praktikadır ki, məmurların təyin edilməsində iki orqan iştirak edəndə, namizədliyin irəli sürülməsindən əvvəl məsləhətləşmələr aparılır ki, bu da bu halda pozulub. Bu biri və o biri - ad çəkməyəcəm, amma namizədlərdən biri birbaşa konkret siyasi qüvvəyə bağlıdır - bu, “Vahid Milli Hərəkatdır”, onun liderləri ilə dostdur və s.,” - Kobaxidze jurnalistlərə bildirib.
Bu qərar hakim partiya ilə prezident Salome Zurabişvili arasında münasibətləri daha da gərginləşdirəcəkmi sualına Kobaxidze cavab verib ki, onlar konstitusiyanın ruhuna uyğun hərəkət edirlər və prezident bunun hesabını verməlidir.
Milli Bankın İdarə Heyətinin üzvləri Prezidentin təqdimatı ilə parlament tərəfindən üzvlər siyahısının səs çoxluğu ilə 7 il müddətinə seçilir. İyunun 16-da Salome Zurabişvili Heyyətin iki vakant üzvü vəzifəsinə Qiorqi Bakradze və Dimitri Caparidzenin namizədliyini təqdim edib.
Milli Bankın İdarə Heyətinin üzvlərinin təqdimatı prezidentlə “Gürcü Arzusu” arasında mübahisə obyektinə çevrilib. İyunun 7-də hakim partiya bəyan edib ki, Salome Zurabişvilinin hərəkətləri “daha bir mühüm konstitusiya institutunun düzgün işləməsi üçün problemlər yaradır”. Partiyanın siyasi şurasının yaydığı bəyanatda deyilir ki, prezidentlə razılıq olub ki, əgər o, maliyyə naziri vəzifəsini icra edən Laşa Xuçişvilini parlamentə Milli Şuranın üzvlüyünə namizəd kimi təqdim etsə, parlament prezidentin Milli Bank haqqında qanuna qoyduğu vetonu aşmayacaq. Prezident Xuçişvilini təqdim etməkdən imtina edib. Administrasiyanın izah etdiyi kimi, Salome Zurabişvilinin namizədin müstəqilliyi ilə bağlı sualları olub ki, bu da “hökumətin Laşa Xuçişvilini təqdim etmək üçün qəti tələbi, prezidentə daimi təzyiq və şantaj” ilə öz təsdiqini tapıb. İyunun 13-də parlament vetonu aşıb. Parlament çoxluğu prezidentin qanunvericilik dəyişikliklərinin konstitusiya orqanının idarəçiliyinə kobud müdaxiləyə gətirib çıxaracağı və onun müstəqilliyinin məhdudlaşdırılması cəhdi kimi qəbul edilməsi ilə bağlı mövqeyini bölüşməyib.