Kadırova yaxınlığı ilə bilinən çeçen iş adamı və onun çevrəsinin Gürcüstana səfəri

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

Kriminal avtoritet kimi tanınan nüfuzlu çeçen iş adamı Aslanbek Axmetxanov, onun oğlu, boks üzrə üçqat Rusiya çempionu Roxman Axmetxanov və onun çevrəsi Gürcüstanda olublar. “Mercedes” markalı, Rusiya dövlət nömrə nişanlı avtomobil heyyəti Tbilisi və Batumidə müşahidə edilib. Gürcüstanda yaşayan çeçenlər Axmetxanovu və onun ətrafını “Kadorovçular” adlandırırlar. Çeçenistanda “Kadorovçular” (кадыровцы) kimi Çeçenistan lideri Ramzan Kadırovu dəstəkləyən və onun himayəsində olan hərbiləşdirilmiş birləşmənin üzvlərinə adlandırırlar.

Sosial şəbəkədə yayılan videolardan birində mühafizəçisi ilə birgə olduğu güman edilən Aslanbek Axmetxanovun “O 777 OC 77” nömrə nişanlı avtomobilə mindiyi görünür. Vətəndaş Xatuna Mağlakelidze yazır ki, o, videonu mayın 26-da Tbilisidə çəkib. Avtomobilin çeçen biznesmenə məxsus olması onun oğlu Roxman Axmetxanovun "Instagram" sosial şəbəkəsində yayımladığı videolarla təsdiqlənir.

Aslanbek Axmetov (Solda: Tbilisidə qeydə alınmış videodan bir kadr)

Axmetxanovlar və onların çevrəsinin Gürcüstana iki həftə əvvəl daxil olduqları güman olunur. Roxman Axmetxanov məhz bu zaman, magistral yolda oxşar dövlət nömrə nişanlı dəbdəbəli avtomobil karvanının dayandığı videonu yayıb. Mayın 22-də Axmetxanovlarla əlaqəli “Instagram” səhifəsində Qudauri yolunda çəkilmiş video yayımlanıb.

Aslanbek Axmetxanov Çeçenistan rəhbərliyinə sosial baxımdan yaxın element hesab olunur. O, 2006-cı ildə təsis edilmiş “Yuq-Neft” (Юг-Нефт) şirkətinin baş direktorudur. Şirkət Rusiyada neft və qaz kəmərlərinin tikintisi üçün avadanlıq və materialların tədarükünü həyata keçirir.

Rusiyanın “Kommersant” nəşrinin məlumatına görə, 2020-ci ildə Axmetxanov cinayətkar qrupun dörd üzvü ilə birlikdə qanunsuz bank fəaliyyətinə görə mühakimə olunub. Moskvanın Presnenski Rayon Məhkəməsinin qərarına əsasən, bütün təqsirləndirilən şəxslərə 3 ildən 4 ilə qədər həbs cəzası tələb edən prokurorun vəsatətinin əksinə olaraq, çeçen iş adamına 1 il müddətində şərti həbs qəti imkan tədbiri seçilib. Eyni ittihamla Axmetxanov 2017-ci ildə də iki aylıq ev dustaqlığına məhkum edilib. “Kommersant” yazır ki, Aslanbek Axmetxanovun şirkəti idman yarışlarına sponsorluq edirdi.

2020-ci ilin aprelində Grozno teleşirkəti Ramzan Kadırovun Çeçenistan müftisi, Rusiya Dumasının deputatı Adam Delimxanov və yüksək rütbəli çeçen məmurlarla birgə, Aslanbek Axmetxanovun evinə getməsi və qadınların çevrəsində spirtli içki qəbul etdiyinə və atəş açdığına görə ictimaiyyət qarşısında danlaması və alçaltması haqqında on dəqiqəlik süjet nümayiş etdirib. “Çeçen xalqının daha bir anti-qəhrəmanı Ramzan Kadırovdan və əhalidən nalayiq davranışına görə üzr istəyir”, - Çeçenistan dövlət televiziyası bildirib. “Kavkazski Uzel” nəşrinin məlumatına görə, Kadırovun səfərindən sonra Aslanbek Axmetxanov bir neçə həftə doğma Qex kəndində görünməyib. Həyat yoldaşı videomüraciət yayaraq Kadırovdan ərini bağışlamasını xahiş edib. Axmetxanov yəqin ki, Kadırovun icazəsi ilə evə qayıdıb.

Mediada yayılan məlumata görə, Aslanbek Axmetxanov kriminal avtoritet hesab edilir və müəyyən dairələrdə “İblis” (Черт) ləqəbi ilə tanınır. “Kavkazski Uzel”in mənbəsinin dediyi kimi, Axmetxanova Kadırovun layihələrini maliyyələşdirmək şərti ilə bizneslə məşğul olmağa icazə verilib.

Axmetxanov Qexi kəndindəndir, lakin ailəsi ilə birlikdə Moskvada yaşayır. Tbilisi və Batumidə müşahidə olunan avtomobillərin ikirəqəmli kodları da “- 77 -” Moskvaya məxsusdur. Çeçenistan Respublikasının kodu “- 95 -”dir.

Aslanbek Axmetxanovun övladlarının “Instagram” səhifələrindən fotolar

“Avropa Davamlılıq Təşəbbüsü Mərkəzi”nin təsisçisi, Şərqi Avropa məsələləri üzrə ekspert Sergey Sumlen “Twitter”də yazır ki, Rusiyada eyni adlı Blatnoy (korrupsiya ilə) nömrələri “777-77”, adətən cinayətkarlara, hökumət və ya kəşfiyyat xidmətlərinə verilir. Maraqlıdır ki, 77-ci seriya yeni qeydiyyatdan keçmiş avtomobillər üçün artıq rəsmi olaraq mövcud deyil, baxmayaraq ki, o, sistem daxilinə irsi olaraq qalır”, - ekspert yazır.

Axmetxanovu Gürcüstanda oğlundan başqa kimin müşayiət etdiyi naməlumdur. Çox güman ki, onlar artıq Gürcüstanı tərk edərək Türkiyəyə keçiblər. Gürcüstanın Daxili İşlər Nazirliyi bu məsələyə münasibət bildirməyib.

Çeçen iş adamının Gürcüstana daxil olmasını “Gürcü Arzusu” partiyasının regional katibi və parlamentin deputatı Dito Samxaradze də təsdiqləyib.

“İndiki mərhələdə öyrəndiyim odur ki, Qroznının istefaya göndərilmiş meri və Kadırov tərəfindən həbs edilən iş adamı gəlib və dostları ilə birlikdə olublar. Onlar heç biri işğal qanununu pozmayıb. Sərhədçi başqa təfərrüatları dəqiqləşdirmir - o, axtarışda deyil və işğal qanununu pozmayıb. Ona görə də heç kim problem yaratmayıb, turist kimi gəlib, pul xərcləyib gediblər. Əgər onların hər hansı pozuntusu olsaydı, heç kim onları ölkəyə buraxmazdı”, - Samxaradze sosial şəbəkədə yazıb.

“Gürcü Arzusu”nun deputatı “Vahid Milli Hərəkat”ı təxribatda, “digər, onlarla fəalı” isə saxta vətənpərvərlikdə ittiham edib: “Vinokurovun işi ilə “Millətçilərin”in bu gün qaldırdıqları məsələlərin ortaq bir cəhəti var: əgər onlardan hər hansı biri ölkəyə daxil olarkən hər hansı maneə ilə üzləşsə “Millətçilər” qışqıracaqdılar ki, anti-putinist Vinokurov, Qroznı şəhərinin istefaya göndərilmiş meri və Kadırov tərəfindəntutulan iş adamı Gürcüstanda problemlərlə üzləşirlər. Onlara heç kim problem törətmədikdə və bu ssenari iflasa uğradıqda, onlar Lavrovun qohumu və bu gün kadırovçular oldular... Avqust müharibəsindən sonra burada çeçen təlim bazaları olub və indi boş-boş danışırlar. Bu, əsl satqınlarla nə danışmalıyam”, - Dimitri Samxaradze yazır.

May ayında Gürcüstanda Rusiyanın xarici işlər naziri Sergey Lavrovun ailə üzvləri olublar. Lavrovun qızı Yekaterina Vinokurova və əri, nüfuzlu iş adamı Aleksandr Vinokurov Kvarelidə planlaşdırılan toy mərasimində iştirak etmək üçün gəliblər. Onların hər ikisinə bir sıra Qərb ölkələri tərəfindən sanksiya tətbiq olunub.

Aleksandr Vinokurovun qardaşı Moşe Vinokurovun toyu mayın 20-də “Kvareli Gölü” mehmanxana-kompleksində baş tutmalı idi. Daxili İşlər Nazirliyi Xüsusi Təyinatlılar Departamentinin və digər polis bölmələrinin yüzlərlə əməkdaşını ətraf əraziyə səfərbər edib. Hüquq-mühafizə orqanlarının əməkdaşları mehmanxananın girişində Lavrovun ailə üzvlərinin ziyarətinə etiraz edən azı 16 nəfəri həbs ediblər.

Gürcüstanın Daxili İşlər və Xarici İşlər nazirlikləri bu məsələyə aydınlıq gətirməyiblər.

Lavrovun qızının Gürcüstan sərhədini keçdiyini parlamentin birinci vitse-spikeri təsdiqləyib. Qiorqi Volskinin sözlərinə görə, onlar sonradan öyrəniblər ki, bu gün ərinin soyadını daşıyan Yekaterine Vinokurova Lavrovun qızıdır.

“Gürcü Arzusu”nun sədri İrakli Kobaxidze izah edib ki, gömrük xidməti üçün əsas rəhbər prinsip işğal haqqında qanundur və bu qanun pozulmayıbsa, xidmətin konkret şəxslərin Gürcüstana buraxılmaması üçün heç bir əsası yoxdur.

 

Bu mövzu haqqında: 

Rusiyada “agent” elan edilən Viktor Şenderoviç Gürcüstana buraxılmayıb

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur