Litvanın Xarici İşlər Nazirliyi Rusiya ilə Gürcüstan arasında birbaşa hava əlaqəsinin bərpa olunmasına rəy bildirir və Gürcüstan hakimiyyətini aviasiya sektorunda Rusiyaya qarşı tətbiq edilən sanksiyalara qoşulmağa çağırır.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“Məyusluq hissi ilə qeyd edirik ki, Rusiya ilə Gürcüstan arasında uçuşların bərpası Gürcüstanın maraqlarına və onun Avropa İttifaqına və Avro-Atlantik strukturlara inteqrasiyanın onun tərəfindən seçilən yoluna ziddir. Biz bir daha Gürcüstanı Aİ-nin Rusiyaya, o cümlədən aviasiya sektoruna qarşı sanksiyalarına qoşulmağa çağırırıq”, - nazirliyin “Twitter”də dərc olunan bəyanatında deyilir.
Təxminən dörd ildən sonra Rusiya ilə Gürcüstan arasında birbaşa uçuşlar bərpa olunub. Moskvadan Tbilisiyə ilk uçuş, bu gün, mayın 19-da Rusiyanın “Azimut” aviaşirkəti tərəfindən həyata keçirilib. Reyslə Tbilisiyə Gürcüstanın rusiyayönlü siyasətçiləri, fəalları və iş adamları da gəliblər - Valeri Kvaratsxelia, Dimitri Lortkipanidze, Merab Çikaşvili və Mamuka Pipia. “Sülh Naminə Həmrəylik” təşkilatının sədri olan Çikaşvili uçuşların bərpasına görə Gürcüstan vətəndaşları adından Vladimir Putinə təşəkkür edib.
“Azimut” (Azimut Airlines) Putinin fərmanının dərcindən sonra Gürcüstan hökuməti tərəfindən Moskva-Tbilisi-Moskva marşrutu üzrə birbaşa uçuşlar həyata keçirməyə icazə alan ilk Rusiya aviaşirkətidir. Gürcüstanda ona Valeri Kvaratsxelianın oğlunun şirkəti olan “Aero Handling Georgia” MMC xidmət göstərəcək. Şirkət Milli Dövlət Reyestr Agentliyi tərəfindən cəmi bir ay əvvəl, 21 aprel 2023-cü ildə qeydiyyata alınıb. Onun direktoru və səhmlərinin 60%-nin sahibi Davit Kvaratsxeliadır.
Mayın 20-dən Gürcüstanın “Georgian Airways” şirkəti Tbilisi-Moskva-Tbilisi istiqamətində, iyunun 2-dən isə Rusiyanın “Red Wings” aviaşirkəti həftədə üç dəfə Soçi-Tbilisi-Soçi və Moskva- Kutaisi-Moskva hava xətləri üzrə uçuş həyata keçirəcəklər.
Avropa İttifaqı Gürcüstanı Ukraynada müharibənin başlaması ilə əlaqədar Rusiyaya aviasiya sahəsində tətbiq edilən sanksiyalara qoşulmağa çağırır. Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozef Borrelin sözçüsü Piter Stano Aİ-nin Rusiyadan uçuşların bərpasından narahat olduğunu bildirib. Onun sözlərinə görə, Gürcüstan hökumətinin bu qərarı ölkənin Avropa yolu və Gürcüstanın assosiasiya sazişi üzrə öhdəliklərini yerinə yetirməsi baxımından narahatlıq doğurur ki, bu da xarici siyasətdə Avropa İttifaqının qərarlarına uyğunlaşmağı nəzərdə tutur.
Bu mövzü haqqında:
Avropa İttifaqının siyasətinə tabe olmaq üçün, Aİ-nin üzvü olmalıyıq - Baş nazir