Gürcüstan prezidenti Salome Zurabişvili baş nazir İrakli Ğaribaşvilini Rusiyadakı hadisələrlə bağlı dərhal Milli Təhlükəsizlik Şurasını dəvət etməyə çağırıb. Prezidentin sözlərinə görə, Şura Rusiya ilə sərhəddə nəzarətin gücləndirilməsi və viza rejiminə yenidən baxılması məsələlərini müzakirə etməlidir.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“Müdafiə qüvvələrimizin komandanı general-mayor Matiaşvilinin Rusiyada baş verən hadisələrlə bağlı verdiyi məlumatlarla tanış oldum. Təəssüf ki, mən heç bir başqa məsul dövlət strukturundan lazımi məlumatları ala bilmədim - nə sərhədimizə nəzarətə məsul olan daxili işlər nazirindən, eyni vaxtda nə Təhlükəsizlik Şurasının katibindən, bir halda ki, ölkənin təhlükəsizliyi ilə bağlı vacib məlumatlara sahib olmalı və paylaşmalıdır, nə də Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbərindən, hansı ki, həmin qurumun qanununa görə, istiqamətlərindən biri ölkəni xarici təhdidlərdən qorumaqdır, hətta xarici təhdid və risklərin müəyyən edilməsinə və ölkənin dövlət məmurlarına lazımi kəşfiyyat məlumatlarının verilməsinə qanunla bilavasitə cavabdeh olan kəşfiyyat xidmətinin rəhbərindən də heç bir məlumat ala bilmədim.
Dünyanın diqqətinin mümkün qədər cərəyan edən hadisələrə cəmləşdiyi bu şəraitdə nəinki məlumat almaq, hətta əlaqə qurmaq da mümkün olmadi ki, bu da özlüyündə təşvişdoğurucudur. Ona görə də mən məcburam ki, baş nazirə dərhal Təhlükəsizlik Şurasını çağırsın.
Hesab edirəm ki, bu gün bu formatda müzakirə edilməli olan bir neçə mühüm məsələ var. Vaxt daralır, biri sərhəd nəzarətinin gücləndirilməsi və viza rejiminə yenidən baxılması, digəri sərhəddə sanksiya tətbiq edilmiş şəxslərin mövcud siyahılarından istifadə etməkdir və tərəfdaşlarımız bu siyahılara nəzarət edir. İnformasiya vakumu yaranmamalıdır, çünki ictimaiyyət əsassız qorxuların yaranmaması və tez-tez baş verən, informasiya vakumuna görə yalan məlumat yayılmasın deyə
ölkənin təhlükəsizliyinin qorunması istiqamətində hökumətin həyata keçirdiyi tədbirlər haqqında lazım olan bütün məlumatları vaxtında və ətraflı şəkildə almalıdır.
Həmçinin şura Abxaziya və Tsxinvalidəki mövcud reaksiyaları nəzərə almalıdır ki, separatçılar bu hadisələrdən əhali arasında Gürcüstanla bağlı yersiz qorxular yaratmaq üçün istifadə etməsinlər. Bizim siyasətimiz dəyişməyib və dəyişməyəcək, Gürcüstan əraziləri zorla qaytarmaq fikrində deyil. Bunu söyləmək və təkrarlamaq lazımdır. Nəhayət, məlumat mübadiləsini və tərəfdaşlarımızla sıx əlaqəni davam etdirmək lazımdır”, - Salome Zurabişvili bildirib.
Daxili İşlər Nazirliyinin bu gün yaydığı məlumatda bildirilir ki, mövcud vəziyyət təhlil edilir və indiki mərhələdə Rusiya ilə sərhədin bağlanmasına və ya başqa tədbirlər görməyə ehtiyac yoxdur. Bundan əvvəl “Gürcü Arzusu”nun sədri İrakli Kobaxidze demişdiki, “biz Rusiyada gedən prosesləri müşahidə etməliyik, etməli olduğumuz yeganə şey budur”. Bu mövzuyu nə baş nazir İrakli Ğaribaşvili, nə də Nazirlər Kabinetinin heç bir üzvü çərh etməyib.
İyunun 23-də,“Vaqner”in təsisçisi, Yevgeni Priqojin Rusiya Müdafiə Nazirliyini “Vaqnerlilər”in düşərgələrini bombalamaqda ittiham etmiş və “ədalət yürüşü”nə başlayacağına söz vermişdi. Onun sözlərinə görə, 25 min “Vaqnerli” “ölkədəki bu özbaşınalığın niyə baş verdiyini” öyrənməyə gedirdi.
“Rusiya hərbi rəhbərliyinin törətdiyi şər dayandırılmalıdır”, - deyə Priqojin bildirib. O, müdafiə naziri Sergey Şoyqu və Baş Qərargah rəisi Valeri Gerasimovla görüşü tələb edib.
Hazırda “Vaqner” Ukrayna sərhədi yaxınlığındakı Rostov-Dondakı hərbi obyektlərə, o cümlədən aerodroma nəzarət edir. Rusiya paytaxtından təxminən 400 kilometr aralıda yerləşən Lipetsk rayonunda Moskvaya doğru hərəkət edən “Vaqnerelilər” karvanı görüntülənib. Rayon qubernatoru sakinləri evlərini tərk etməməyə çağırıb.
Yevgeni Priqojinin üsyanından sonra bu gün səhər saatlarında Rusiya prezidenti Vladimir Putin vətəndaşlara müraciət edib. O, Priqojinin hərəkətini “arxadan vurulan zərbə” kimi qiymətləndirib və “vətənə xəyanət yolunu tutanların” hamısının “qaçılmaz cəza” ilə cəzalandırılacağını vəd edib.
“Hərbi qiyam təşkil edən və hazırlayan, əsgər yoldaşlarına silah qaldıran Rusiyaya xəyanət edib və buna görə cavab verəcək. Mən onların bu cinayətə cəlb etməyə çalışdıqları şəxsləri ölümcül və faciəli səhvə yol verməməyə, yeganə düzgün seçimi etməyə – cinayət əməllərində iştirakdan çəkinməyə çağırıram”, - Putin bildirib.
Rusiya hökuməti Moskva şəhəri, Moskva və Voronej rayonlarında antiterror əməliyyatı rejimi elan edib. Federal Təhlükəsizlik Xidməti Priqojinə qarşı silahlı çevrilişə cəhd maddəsi ilə cinayət işi qaldırıb.