“24 fevral 2022-ci il tarixinin necə olması barədə master-klass göstərdik. Məqsədimiz mövcud rejimi və qanuni yolla seçilmiş hökuməti devirmək deyildi. Rus əsgərlərinin qanı tökülməsin deyə geri qayıtdıq”, - demək olar ki, iki günlük sükutdan sonra ilk müraciətini edən “Vaqner” özəl hərbi şirkətinin təsisçisi və rəhbəri Yevgeni Priqojin deyir.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Təxminən 10 dəqiqəlik səs yazısında Proqojin “Ədalət Marşı”nın başlamasının səbəblərindən və onun gedişatındən danışır. Onun sözlərinə görə, “Vaqner” yalnız Rusiyanın maraqlarını qoruyur və Ukraynadakı müharibədə mühüm uğur qazanıb, lakin “intriqalar və ysnlış düşünülmüş qərarlar nəticəsində” iyulun 1-dən onun dağıdılmasına qərar verilib. Priqojinin sözlərinə görə, komandirlər və demək olar ki, heç bir döyüşçü Rusiya Müdafiə Nazirliyi ilə müqavilə imzalamağa razı olmayıblar, çünki bunun döyüş qabiliyyətinin tamamilə itirilməsinə səbəb olacağına əmin idilər. Buna baxmayaraq, “Vaqner”in təsisçisinin dediyi kimi, qərar dəyişdirilməsə, iyunun 30-da Rostov-Dona gedəcək və texnikanı Müdafiə Nazirliyinə təhvil verəcəkdilər.
“Heç bir aqressiya nümayiş etdirməməyimizə baxmayaraq, bizə raket zərbəsi endirildi... “Vaqner” özəl hərbi şirkətinin 30-a yaxın döyüşçüsü həlak oldu, bir neçəsi yaralandı. Bu, komandirlər şurasının dərhal hərəkətə başlamaq qərarının “tətikləyicisi” oldu. 24 saat davam edən bütün yürüşdə bir karvan Rostova, digəri isə Moskvaya doğru istiqamət aldı. Gecə-gündüz ərzində 780 kilometr yol qət etdik, bir nəfər də olsun əsgər həlak olmadı. Biz aviasiya obyektlərinə hücum etmək məcburiyyətində qaldığımız üçün təəssüflənirik, lakin bu obyektlər bombalar atırdı və raket hücumları həyata keçirirdi”, - Priqojin deyir.
“Vaqner”in komandiri, onun qruplaşmasınn yüksək hazırlıq səviyyəsindən danışır. Onun sözlərinə görə, 24 saat ərzində Moskvaya gedərkən rastlaşdıqları bütün hərbi obyektləri, o cümlədən aerodromları bloklayıb və neytrallaşdırıblar.
“Yürüşün məqsədi “Vaqner”in məhv edilməsinin qarşısını almaq və xüsusi hərbi əməliyyat zamanı qeyri-peşəkar hərəkətlərlə çoxsaylı səhvlərə yol vermiş şəxslərin məsuliyyətə cəlb edilməsi olub. Bunu cəmiyyət tələb edirdi. Yürüş zamanı qarşımıza çıxan bütün hərbi qulluqçular bizi dəstəkləyirdilər”, - deyə Priqojin bildirib.
Onun sözlərinə görə, onlar dayananda Moskva ilə 200 kilometr məsafədə olublar: “Hücum dəstəsi Moskvaya yaxınlaşan anda dayandıq, ətrafda kəşfiyyat apardıq və məlum oldu ki, həmin an qan töküləcək. Beləliklə, nə etmək istədiyimizi göstərmək üçün bunun kifayət olduğunu düşündük. Dönmək qərarının arxasında iki ən mühüm amil dayanırdı: birinci - biz rus qanı tökmək istəmirdik, ikincisi - ölkədə hakimiyyəti devirmək deyil, öz etirazımızı nümayiş etdirəməyə gedirdik…
Ədalət Marşı əvvəllər haqqında danışdığımız bir çox şeyi göstərdi: ölkə daxilində çox ciddi təhlükəsizlik problemi. 24 saat ərzində 2022-ci il fevralın 24-də [Rusiyanın Ukraynaya hərbi təcavüzünün başladığı gün - red.] rus qoşunlarının başlanğıc nöqtəsindən Kiyevədək olan məsafəyə uyğun məsafəni qət etdik... Biz, rus ordusunun uyğunlaşmalı olduğu təşkilatlanma səviyyəsini nümayiş ettdirdik”, - Vaqnerin komandiri deyir.
Səs yazısında Priqojin harada olduğu barədə heç nə demir.
İyunun 23-də,“Vaqner”in təsisçisi, Yevgeni Priqojin Rusiya Müdafiə Nazirliyini “Vaqnerlilər”in düşərgələrini bombalamaqda ittiham etmiş və “ədalət yürüşü”nə başlayacağına söz vermişdi. Onun sözlərinə görə, 25 min “Vaqnerli” “ölkədəki bu özbaşınalığın niyə baş verdiyini” öyrənməyə gedirdi.
“Rusiya hərbi rəhbərliyinin törətdiyi şər dayandırılmalıdır”, - deyə Priqojin bildirib. O, müdafiə naziri Sergey Şoyqu və Baş Qərargah rəisi Valeri Gerasimovla görüşü tələb edib.
Müdafiə Nazirliyi Priqojinin ittihamlarını rədd edib və onun yaydığı məlumatı təxribat adlandırıb. Federal Təhlükəsizlik Xidməti Yevgeni Priqojinə qarşı silahlı çevrilişə cəhd maddəsi ilə cinayət işi qaldırıb.
İyunun 24-də, “Vaqner” Ukrayna sərhədinə yaxınlığında yerləşən Rostov-Donda hərbi obyektlər, o cümlədən aerodrom üzərində nəzarəti bərqərar edib və Moskvaya doğru irəliləməyə başlayıb.
Rusiya prezidenti Vladimir Putin Priqojinin hərəkətini "arxadan vurulan zərbə” kimi qiymətləndirib və “vətənə xəyanət yolunu tutanların” hamısının “qaçılmaz cəza” ilə cəzalandırılacağını vəd edib. “Hərbi qiyam təşkil edən və hazırlayan, əsgər yoldaşlarına silah qaldıran Rusiyaya xəyanət edib və buna görə cavab verəcək”, - Putin bildirib.
İyunun 24-ü, axşam saatlarında Priqojin, qəfildən Moskva ilə 200 kilometr məsafədə olan “Vaqnerlilər” karvanının səhra düşərgələrinə qayıdacağını bildirib və bunu “rus qanı”nın tökülməməsi ilə izah edib. Onun bu bəyanatından əvvəl Belarus prezidenti Aleksandr Lukaşenkonun mətbuat xidməti məlumat yayıb ki, gün ərzində davam edən danışıqlar nəticəsində Priqojin Moskvaya doğru hərəkəti dayandırmağa razılaşıb.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib ki, Yevgeni Priqojinə qarşı qaldırılan cinayət işinə xitam veriləcək, Priqojinin özü isə Belarusa gedəcək. Kremlin sözçüsü həmçinin bildirib ki, qiyamda iştirak edən “Vaqner” üzvlərinə qarşı “cəbhədəki xidmətləri nəzərə alınmaqla” heç bir təqibə başlanılmayacaq.