Mayın 19-da Rusiyanın “Azimut” aviaşirkəti Moskvadan ilk uçuşunu həyata keçirən zaman Tbilisi Beynəlxalq Hava Limanında etiraz aksiyası keçiriləcək. “Droa” partiyasının lideri Elene Xoştariyanın dediyi kimi, vətəndaşlar saat 12:00-da Respublika meydanına toplaşacaq və kortejlə hava limanına gələcəklər.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Xoştariyanın sözlərinə görə, Rusiya ilə birbaşa uçuşların bərpası milli maraqlara xəyanət və ölkənin suverenliyinə zərbədir.
“Azimut aviaşirkəti heç bir Avropa ölkəsinə uça bilmir, heç bir Avropa hava limanına eniş edə bilmir, qadağandır, çünki bu şirkət, keçmişdə ölkəmizi bombalayan, bu gün eynisini Ukraynada edən, insanları öldürən həmin o “SU”ları, təyyarələri, bombardman təyyarələrini isthesal edir və bu gün bütün sivil dünya deyir ki, yox, sənə uçmağa icazə yoxdur. Gürcüstan hökuməti bu aviaşirkətə bizim arxamızdan, maraqlarımıza xəyanət edərək dedi ki, gəlin uçun. O, həm də səhmdarlarından biri Putinə qucaqlayan, satqın, qana batmış adam olan bir aviaşirkətdir. Məhz Gürcüstana uçmaq niyyətində olan bütün hava gəmiləri ilə eyni qana. Biz gördük ki, bu aviaşirkət Abxaziya və Cənubi Osetiyanı [veb-səhifələrində] ayrı-ayrı dövlətlər kimi yazır, göstərilir ki, abxazlar və osetinlər Rusiya pasportu ilə uçmalıdırlar, yəni bu, bizim konstitusiyamızı, işğal qanunumuzu birbaşa pozur. Hökumət nə etdi? İcazə verməklə yanaşı, Rusiya ilə əlaqə saxladı və dərhal, iki saat ərzində bu yazını sildilər. Təsəvvür edirsiniz ki, bu hökumət Rusiya ilə necə sinxron işləyir?!”, - deyə Elene Xoştariya bu gün keçirilən brifinqdə bildirib.
Xoştariyanın sözlərinə görə, hava limanı yaxınlığında keçirilməsi planlaşdırılan aksiya iştirakçılarının məqsədi Gürcüstan hökumətinin “xəyanətkar qərarına” etiraz etməkdir və onların sərnişinlərə heç bir problemi yoxdur:
“Bu, bizi daha bir məsuliyyət qarşısında qoyan növbəti xəyanətdir. Biz bu sınaqdan dəfələrlə keçmişik: fevralın 24-də Ukraynanın yanında durduq, iyunda Avropa seçimini müdafiə etdik və bu gün də ləyaqətimizi, suverenliyimizi müdafiə etməliyik. Hesab edirik ki, Gürcüstanın uçuşun ilk günündə öz üzünü Rusiyaya, Ukraynaya və dünyaya göstərməsi vacibdir. Bu təyyarə bura rahat və sakit enə bilməz, biz ilk uçuşda ayağa qalxıb gürcü cəmiyyətinin harada olduğunu göstərməliyik”.
“Azimut” (Azimuth Airlines) iki ölkə arasında birbaşa hava əlaqəsi bərpa edildikdən sonra Gürcüstanın Mülki Aviasiya Agentliyi tərəfindən uçuşlar həyata keçirməyə icazə verilən ilk rus aviaşirkətidir. Agentlik izah edib ki, aviaşirkət nə ABŞ-ın sanksiya siyahısında, nə də Aİ-nin qara siyahısındadır. Ukrayna hakimiyyəti “Azimut”a 2022-ci ilin oktyabrında sanksiya qoyub və sanksiyaların tətbiq edilməsinin əsasını belə izah edib: “Şirkət Rusiya hökuməti üçün strateji əhəmiyyət kəsb edən sektorlarda fəaliyyət göstərir və Ukraynanın ərazi bütövlüyü, suverenliyi və müstəqilliyini sarsıdan və ya ona təhlükə yaradan hərəkətlərə yüksək maddi (nəqliyyat, logistika və s.) dəstək verir”.
“Azimut” Moskva-Tbilisi marşrutu ilə həftədə yeddi dəfə uçuuş həyata keçirəcək. Moskvanın Vnukovo hava limanından ilk uçuş yerli vaxtla səhər saat 8:50-də baş tutacaq. Təyyarə saat 13:50-də Tbilisi Beynəlxalq Hava Limanına enəcək.
Gürcüstanla təxminən 4 il əvvəl dayandırılmış hava nəqliyyatının bərpası haqqında fərmanı Rusiya prezidenti Vladimir Putin 2023-cü il mayın 10-da verib. Uçuşların bərpası ilə yanaşı, 2000-ci ildən qüvvədə olan viza rejimi də ləğv edilib - mayın 15-dən Gürcüstan vətəndaşları Rusiya ərazisinə vizasız gedə bilərlər.
Gürcüstanın baş naziri İrakli Ğaribaşvili Putinin bu qərarlarını alqışlayıb. Prezident Salome Zurabişvili isə bildirib ki, bu, Gürcüstan hökumətinə böyük problem qarşısında qoyacaq olan növbəti rus təxribatıdır. Onun sözlərinə görə, Rusiya bütün dünya üçün təcavüzkar və Gürcüstan ərazilərinin işğalçısı olduğu müddətcə belə bir jest vaxtsız və qəbuledilməzdir. Zurabişvili həmçinin Rusiya vətəndaşları üçün 3 aylıq viza rejiminin tətbiqini tələb edib.
Bu mövzu haqqında:
ABŞ Gürcüstanın hava limanı şirkətlərinə sanksiyalar riski ilə bağlı xəbərdarlıq edir
Aİ Gürcüstanı aviasiya sahəsində Rusiyaya qarşı sanksiyalara qoşulmağa çağırır