Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvilinin səhhətinin vəziyyəti ilə bağlı Xalq Müdafiəçisi tərəfindən yaradılmış mütəxəssislər qrupu bildirir ki, ümumilikdə, pisləşməyə doğru tədricən ləng dinamika saxlanılır. Həkimlərin qiymətləndirməsinə görə, xəstənin nevroloji vəziyyəti praktiki olaraq dəyişməzdir - koqnitiv çatışmamazlıq, ataksiya, hipoesteziya, gücü diffuziv azalması hələ də müşahidə olunur.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Bu gün, avqustun 10-da dərc olunan və həkimlər Qiorqi Qriqolia, Qiorqi Katçarava, Tengiz Tsuladze, Nino Zavraşvili və Aida Gözəlovanın imzası ilə dərc olunan rəydə Mixeil Saakaşvilinin dərinləşən mikrositar anemiyası olduğu və klinika tərəfindən qan və onun məhsullarının infuziyaları [köçürmə] ilə idarə olunduğu bildirilir.
“22-23 may 2023-cü il tarixli göstəriciləri nəzərə alsaq, hematokrit 22%, retikulositlər 0,5% (5‰) təşkil edir ki, bu da retikulosit məhsul indeksinin 0,1 olduğunu və böyük ehtimalla sümük iliyinin qeyri-adekvat reaksiyası deməkdir. Yüksək ferritin və normal dəmir fonunda belə məlumatlar xroniki bir xəstəliyin göstəricisidir (bu vəziyyətdə protein çatışmazlığı qidalanma - aclıq). Buna hipoproteinemiya və hipofibrinogenemiya da dəlalət edir. Elektrolit balansının pozulması həm də qida çatışmazlığının göstəricisidir”, - deyə mütəxəssislərin rəyində deyilir.
Xəstənin klinikada idarə olunmasına gəlincə, Xalq Müdafiəçisinin həkimlər qrupunun bununla bağlı xüsusi iradları yoxdur. Simptomatik müalicə davam edir ki, bu da, mütəxəssislərin fikrincə, praqmatik yanaşmadır. Müalicə edən həkimlər xəstənin vəziyyətini stabil, diqqətəlayiq, orta ağır kimi qiymətləndirirlər. Mütəxəssislərin verdiyi məlumata görə, mayın 31-nə aid yalnız bir qeyd vəziyyətin ciddi olaraq qaldığını göstərir.
“2023-cü il iyulun 14-dən sonra ağ qan hüceyrələrində (leykopeniya) azalma olacağı nəzərdə tutulur ki, bu da sümük iliyinin sıxılması nəticəsi ola bilər və bu tendensiya davam edərsə və hesablamada texniki problem olmasa, o zaman bu o deməkdir ki, sümük iliyinin sıxılması indi əvvəlkindən daha qabarıq şəkildə özünü biruzə verir ki, bu da bütövlükdə vəziyyətin pisləşməsinin əlamətidir. Alternativ leykopeniya problemi həm də qida çatışmazlığı nəticəsində B12 vitamini və fol turşusunun çatışmazlığı ola bilər ki, bu da bu nöqteyi-nəzərdən vəziyyətin pisləşməsini göstərir. Başqa alternativ səbəblər də ola bilər, məsələn, virus infeksiyası”, - ekspertlərin rəyində oxuyuruq.
Həkimlər qrupu Mixeil Saakaşvilinin sağlamlıq vəziyyətinin idarə edilməsi prosesini izləməyə davam edəcək və vaxtaşırı, 2-4 ay fasilələrlə xəstəyə baş çəkməyi, həmçinin tibbi sənədləri öyrənməyi davam etdirəcək. Sentyabrda daha bir baş çəkmə nəzərdə tutulub.
6 il müddətinə azadlıqdan məhrum edilən 55 yaşlı Mixeil Saakaşvili 2022-ci ilin may ayından Xüsusi Cəzaçəkmə Xidmətin podratçısı olan “Vivamed” klinikasındadır. 2023-cü il iyulun 3-də, fevraldan bəri ilk dəfə Saakaşvili öz məhkəməsində iştirak edib. Kadrlarda onun səhhətinin ağır olduğu görünürdü. Həmin gün Ukrayna prezidenti Volodimir Zelinski bəyanat yayıb və Gürcüstan hakimiyyətini lazımi müalicə və qayğı üçün Ukrayna vətəndaşını Ukraynaya təxliyyə etməyə çağırıb. Zelenski deyib ki, Mixeil Saakaşvili Rusiya tərəfindən Gürcüstan hökumətinin əli ilə öldürülür. O, Xarici İşlər Nazirliyinə Gürcüstanın Ukraynadakı səfirinin çağırılmasını və məsləhətləşmələr üçün Tbilisiyə göndərilməsini tapşırıb. Səfir Qiorqi Zakaraşvili Tbilisiyə qayıdıb, lakin, hökumət Saakaşvili məsələsi ilə bağlı məsləhətləşmələri istisna edir.