Rikotidə yüngül və sərnişin avtomobillərinin hərəkət müddəti saat 21:00-a qədər uzadılıb

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

Rikoti aşırımı yolunda iki ay əvvəl təsis olunmuş xüsusi hərəkət rejimi dəyişdirilib, yüngül və minik avtomobillərinin hərəkət müddəti axşam saat 9-dək artırılıb. İndiyə qədər yüngül avtomobilləri və avtobusları patrul polisi səhər saat 7-dən axşam 7-yə kimi keçirirdi.

Avtomobil Yolları Departamentindən verilən məlumata görə, bu gündən etibarən avtomobillərin hərəkətinə aşağıdakı qrafik üzrə icazə veriləcək:

  • Yüngül və minik avtomobilləri saat 06:00-dan 21:00-a kimi hərəkətdə olacaq. Qalan müddətdə yüngül avtomobillər Qomi-Saçxere-Çiatura-Zestafoni avtomobil yolu ilə hərəkət edə biləcək.
  • Saat 23:00-dan 05:00-dək qoşqu və yarımqoşqulu avto-nəqliyyat vasitələrinin hərəkətinə hər iki istiqamətdə icazə veriləcək.

“Rikoti hissəsinin 149-cu kilometrliyində baş verən hadisələrdən sonra müvafiq tədqiqat işləri aparılıb, bunun əsasında layihə qərarı hazırlanıb və yaxın vaxtlarda ciddi nəzarət altında tikinti işlərinə başlanılacaq. Hərəkət rejimlərinin dəyişdirilməsi ilə bağlı qərar qəbul edilib”, - Avtomobil Yolları Departamentinin sədri Qiorqi Tsereteli bildirib.

Martın sonunda beynəlxalq əhəmiyyətli Tbilisi-Senaki-Leselidze avtomobil yolunun 149-cu kilometrliyində təhlükəli sürüşmə baş verib, buna görə yol bir həftə bağlı qalıb. Aprelin 8-də nəqliyyatın hərəkəti xüsusi rejimlə bərpa edilib, lakin aprelin 11-13-də qayaların uçması ilə əlaqədar Rikotiyə bütün növ nəqliyyat vasitələrinin hərəkəti yenidən qadağan edilib.

Rikoti aşırımı yolunun tikintisinə 2019-cu ilin may ayında başlanılıb və işlərin 2022-ci ildə başa çatdırılması planlaşdırılırdı. Layihə 96 körpü və 53 tuneldən ibarət uzunluğu 51,6 kilometrə qədər olan yolun tikintisini nəzərdə tutur. Regional İnkişaf və İnfrastruktur Nazirliyindən verilən məlumata görə, tikinti başa çatdıqdan sonra Qırmızı Körpüdən Sarpa qədər olan məsafəni qət etmək 4-4,5 saat vaxt aparacaq.

 

Bu mövzu haqqında:

Belə bir yol çəkirsənsə, bu, natamam araşdırmadır - Qodoladze Rikotinin layihəsi haqqında

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur