Rus aviaşirkətləri uçuşlara başlamaq icazəsi almaq üçün Gürcüstana müraciət edib

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinin nəzdində fəaliyyət göstərən Gürcüstanın Mülki Aviasiya Agentliyi bu gün etibarı ilə Gürcüstan və Rusiya arasında müntəzəm hava hərəkətinin həyata keçirilməsi üçün bir neçə aviaşirkətin müraciətini qəbul etdiyini açıqlayıb.

Agentlik aviaşirkətlərin adını açıqlamayıb və icazələrin beynəlxalq sanksiyalar və ya məhdudiyyətlərlə bağlı onların statuslarının “ətraflı öyrənilməsindən” sonra veriləcəyini bildirib.

Rus mətbuatının məlumatına görə, rus aviaşirkəti “Azimut” və “Gürcüstan Hava Yolları” bu həftə Rusiya ilə Gürcüstan arasında birbaşa reyslərə başlamaq niyyətindədirlər. “RBC” nəşri yazır ki, “Azimut” həftədə altı dəfə Tbilisiyə uçuş həyata keçirməyi planlaşdırır. O, artıq Federal Hava Nəqliyyatı Agentliyinin - “Rosaviasiya”nın icazəsini alıb. Moskva-Tbilisi marşrutu üzrə “Rosaviasiya”dan digər rus aviaşirkəti - “Red Wings”(“Qırmızı Qanadlar”) də icazə istəyib. ABŞ və Avropa İttifaqı tərəfindən sanksiyaya məruz qalan “Aeroflot” və “Nordwind Airlines” şirkətlərinin icazələri var.

“Gürcüstanın qəti mövqeyi ondan ibarətdir ki, Gürcüstan və Rusiya Federasiyası arasında uçuşlar yalnız sanksiyaya məruz qalmayan aviaşirkətlər və təyyarələr tərəfindən yerinə yetiriləcək.

Aviaşirkətlər tərəfindən təqdim edilən bütün müraciətlər, məlumatlar və sənədlər sanksiyalarla bağlı müxtəlif mexanizmlər vasitəsilə ətraflı öyrənilmə və yoxlama predmeti olacaq”, - deyə agentliyin açıqlamasında bildirilir.

Agentliyin məlumatına görə, onlar məsləhətləşmələr aparır və sanksiyalara əməl edən və eyni zamanda Rusiya ilə birbaşa hava əlaqəsi olan dövlətlərin nümunələrini öyrənirlər.

Birbaşa uçuşların bərpası ilə bağlı dövlət şirkəti “Gürcüstan Hava Limanları İttifaqı” də açıqlama verir:

“Gürcüstanın hər üç beynəlxalq hava limanından uçuşlar yalnız sanksiya siyahısında olmayan aviaşirkətlər və təyyarələr tərəfindən həyata keçiriləcək. Qərar Gürcüstanın bütün beynəlxalq hava limanlarına - Şota Rustaveli adına Tbilisi Beynəlxalq Hava Limanına, Davit Ağmaşenebeli adına Kutaisi Beynəlxalq Hava Limanına və Aleksandre Kartveli adına Batumi Beynəlxalq Hava Limanına şamil edilir. Heç bir beynəlxalq hava limanı arasında fərqli yanaşma olmayacaq”.

2023-cü il mayın 10-da Rusiya prezidenti Vladimir Putin Gürcüstanla təxminən 4 il əvvəl dayandırılmış hava nəqliyyatının bərpası haqqında fərman verib. Uçuşların bərpası ilə yanaşı, 2000-ci ildən qüvvədə olan viza rejimi də ləğv edilib - Gürcüstan vətəndaşları Rusiya ərazisinə vizasız daxil ola bilərlər. Baş nazir İrakli Ğaribaşvili Putinin bu qərarlarını alqışlayıb.

Avropa Komissiyası Avropa İttifaqına namizəd ölkə statusuna can atan Gürcüstanı Avropa İttifaqının aviasiya sahəsində Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalara qoşulmağa və sanksiyalardan yayınmaq üçün mümkün cəhdlərə qarşı ayıq-sayıq olmağa çağırır. Bundan əlavə, Avropa Komissiyasının nümayəndəsi qeyd edir ki, sanksiyalara görə Rusiya şirkətlərinin 95%-i öz təyyarələrini yeniləyə və ya təkmilləşdirə bilmir ki, bu da beynəlxalq texniki və təhlükəsizlik standartlarına riayət ütmək üçün zəruridir.

Amerika Birləşmiş Ştatları sanksiyaya məruz qalan rus təyyarələrinə xidmət göstərəcək olan Gürcüstan hava limanlarında işləyən şirkətlərə mümkün sanksiyalar barədə xəbərdarlıq edib.

Bu gün, mayın 15-i saat 19:00-da Gürcüstan parlamenti qarşısında Rusiyaya birbaşa uçuşların bərpasına qarşı aksiya keçiriləcək.

 

Bu mövzu haqqında:

Zurabişvili Putinin qərarını növbəti təxribat adlandırıb

Hökumətə Rusiya ilə viza rejiminin yaradılması və birbaşa uçuşlardan imtina etməsi üçün müraciət edirlər

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur