Çiaturadan Tbilisiyə gələn şaxtaçılar parlament binası qarşısında çadır qurublar. Onların dediyinə görə, tələbləri yerinə yetirilmədiyi müddətcə etirazlarını dayandırmayacaqlar. İyunun 20-si, saat 16:00-da şaxtaçılar “Georgian Manganese”nin mərkəzi ofisinə yürüş keçirəcəklər.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Allah etsin, elə bir gün doğsun ki, işlər bərpa olunsun, Çiatura şaxtaçısı və hər bir Çiatura sakini razı qalsın, lakin bu baş verməsə, sabah axşam saat 18:00-da burada aksiyaya davam edəcəyik. “Georgian Manganese”nin baş ofisinə dinc yürüşlə dinc, qanuni aksiyamızı davam etdirsək, yəqin ki, hüquqi çərçivəni pozmayacağıq ki, onlar yanları-çiyinlərinə üstə üzananlar olmayacaqlar və dinc şəkildə davam edəcəyik. Orada, sizi burada da tapdığımızı bildirəcəyik və “imkanım yoxdur” deyə ki ağlayırdın biznes klass binada yerləşmisən. Yaxşı, əgər mənim iş planımı 40% artırırsan deyə özünü sıxırsasnsa, onda mənə öz “kəmər daraltma” prosesini göstər,”, - Tibilisidə yaşayan çiaturalıları akiyaya qoşulmağa çağıran çaxtaçılardan biri Tariel Mikatsadze deyib.
“Georgian Manganese”nin işçiləri iki həftə əvvəl tətil edib və 14 tələb irəli sürüblər ki, bunlardan da ən mühümü maaşların artırılması və fevral ayınadək mövcud olan iş qrafikinin/planının dəyişməz qalmasıdır. Çiatura şəhər bələdiyyəsinin qarşısında qurulmuş çadırda on şaxtaçı səkkiz gündür ki aclıq aksiyası keçirir. Biri ağzını, digəri isə göz qapaqların tikib. Daha bir şaxtaçı əl nahiyəsindən özünə xəsarət yetirib.
Etirazın 14-cü günü aksiya iştirakçılarının ifrat etiraz formalarına əl atmasından sonra “Georgian Manganese” bəyanat yayaraq, şirkətin aşağıdakı qərarları qəbul etdiyini bildirib:
- 2023-cü il fevralın 1-dək mövcud olan köhnə iş şəraitinə qayıtmaq - 12 saatlıq iş qrafiki ilə;
- Birinci mərhələdə əmək haqqı 5% artacaq. Şirkət həm də gəlirliliyin artması ilə birgə, işçilərin maaşlarını da mərhələli şəkildə artırmağa hazırdır;
- Şirkətdə auditin aparılması;
- “Georgian Manganese” eyni zamanda işçilərin tələblərini, problemlərini və onların yaranma səbəblərini öyrənəcək, vəziyyəti düzəltmək yollarını müzakirə edəcək, işçinin iş şəraiti və onun təyin olunmuş normalar ilə müvafiqliyi ilə yerində tanış olacaq birgə işçi komissiyası yaratmağa hazırdır; Həmçinin iş prosesinin təşkilinin köhnə üsulu və müəssisənin tələb etdiyi yeni iş prosesinin zəruriliyi və iqtisadi məqsədəuyğunluğun zəruriliyi.
Tətil edən Şaxtaçılar üçün maaşın 5% artırılması qəbuledilməzdir. Onlar ən azı 20% artımla razılaşırlar, şirkət rəhbərliyi isə bunun üçün kifayət qədər maliyyə resurslarının olmadığını iddia edir. “Georgian Manganese”nin əməliyyat idarəsinin direktoru Laşa Tutberidzenin sözlərinə görə, əlavə 15% maaş artımı şirkət üçün illik 10 milyon dollar xərcdir və bu gün maliyyə itkisi proqnozu 12 milyon dollardır.