İvanişvilinin aprelin 29-da bəyan etdiyi repressiyalara start verilib - qeyri-hökumət təşkilatları

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

Qeyri-hökumət təşkilatlarının nümayəndələri rus qanununa qarşı çıxan siyasətçilərə və fəallara qarşı hücumlarla bağlı brifinq keçirib. Onların fikrincə, hakimiyyət Gürcüstanı necə ölkəyə çevirəcəyini göstərməyə başlayıb.

Bidzina İvanişvilinin aprelin 29-da bəyan etdiyi xarici vektor dəyişikliyi və repressiyalar artıq gözə çarpacaq şəkildə qüvvəyə minib. Yüzlərlə vətəndaşa edilən təhdid və təhqir çağırışları fiziki hücuma, siyasətçilərə və fəallara qarşı təşkil edilmiş repressiyalara çevrilib.

Oliqarx və onların marionetləri unudurlar ki, Gürcüstan Rusiya deyil. Gürcülər azadlığın qiymətini bilirlər. Ölkənin Avropa gələcəyi üçün mübarizəmizi Rusiya təhlükəsizlik xidmətinin metodları ilə azalda bilməyəcəklər.

“Gürcülər heç vaxt arxadan hücumu, dəhlizlərdə təqib etməyi və ya içəridə balaca uşağın olduğu evin qapısını sındırmağa çalışmağı bəyənməyəcəklər, özünü, ancaq rus rejimi belə aparır”, - “Sapari”nin direktoru Baia Pataraia deyib.

Vətəndaş sektorunun nümayəndələri bütün zərərçəkənlərə hüquqi yardım göstərmək niyyətindədirlər. Onların sözlərinə görə, fəal vətəndaşlara qarşı hər bir məqsədyönlü hücum faktı sona qədər izləniləcək və cinayətkarlar müəyyən ediləcək.

“Azadlıq gürcü xalqının əsas dəyəridir. Ona görə də biz Gürcüstanın Avropa gələcəyinin keşiyində dayanmışıq və dayanacağıq ki, bu ölkəni rus tipli üsullardan və zorakılıqdan qoruyaq. Gürcü xalqı bu mübarizəni qələbə ilə başa vuracaq və cinayətkarlar mütləq müvafiq cavab alacaqlar”, - qeyri-hökumət təşkilatlarının nümayəndələri qeyd ediblər.

Mayın 8-də, gecə saatlarında Tbilisidə rus qanununu əleyhdarlarına qarşı bir neçə hücum həyata keçirilib:

  • Naməlum şəxslər “Milli Hərəkat”ın üzvü Dimitri Çikovanini döyüblər. Onun üzü nahiyəsində çoxsaylı xəsarətlər var. Hücumdan əvvəl, aprelin 23-də baş nazir İrakli Kobaxidze “Davit Kezeraşvili və Dima Çikovani tərəfindən 1000 lari ilə maliyyələşən şəxsləər rus qanunu hərəkətlərdə öndə dayanır” deyə bəyanat vermişdi. Çikovani “Formula” teleşirkətinin təsisçis və Gürcüstanın keçmiş müdafiə naziri Davit Kezeraşvilinin həyat yoldaşının qardaşıdır.
  • Şəxsi yaşayış evinin girişində naməlum şəxslər “Çavçavadze Mərkəzinin” tədqiqatçısı Qia Caparidzeyə də fiziki təzyiq göstəriblər. O, “Qırçı – Daha Çox Azadlıq” partiyasının lideri Zurab Caparidzenin qardaşıdır və rus qanunu əleyhinə hərəkətlərdə fəal iştirak edir. “Məni birbaşa döyməyə başladılar. Əllərində bir neçə dəyənək var idi. Niyə mən rus qanununa qarşıyam – belə deyirdilər”, – Qia Caparidze deyib. Onun başında və üzündə xəsarətlər var. Xeçinaşvili klinikasında deyildiyi kimi, onun kəllə-beyin travması da var.
  • Aksiyaların təşkilatçılarından və iştirakçılarından biri, bayker Laşa Ğvinianidze yaşadığı məhəllədə üç tanımadığı şəxsin hücumuna məruz qalıb. O, yerinin hücumdan əvvəl edilən telefon zəngi ilə müəyyən edildiyinə inanır. Aktivistə qarşı hücumdan əvvəl ona telefon zəngi ilə təhdid olunub. “Onlar 72 yaşlı atama zəng vurublar, ona birbaşa deyilib ki, oğlun dayansın. Faktdır ki, dövlət qurumlarından şəxsi məlumatlar tam təfərrüatı ilə sızdırılır, onlar ailə üzvləri də daxil olmaqla ünvan və telefon nömrələrini də bilirlər”, - deyə hələ də klinikada olan fəal deyir.

Mayın 7-də Tbilisidə qeyri-hökumət təşkilatı “İnformasiya Azadlığının İnkişafı İnstitutu”nın direktoru Qiorqi Klidiaşvili və “Formula”nın çəkiliş qrupu, mayın 5-də isə Lançxutidə rus qanunu əleyhinə etiraz aksiyalarının fəal iştirakçısı pedaqoq Lado Apxazava və oğlu hücuma məruz qalıb. Prokurorluq Apxazava işində bir nəfəri fiziki zorakılıqda təqsirli bilib, lakin, zərərçəkmiş hücumda iki nəfərin iştirak etdiyini deyir. Mayın 3-də Tbilisidə aksiyada iştirak edən gənclərə fiziki təzyiq göstərilib, lakin buna görə heç kim Daxili İşlər Nazirliyi tərəfindən həbs edilməyib. Bundan əlavə, son günlər naməlum şəxslər rus qanununa fəal şəkildə qarşı çıxan vətəndaşlara, o cümlədən jurnalistlərə, mülki fəallara, tələbələrə və onların ailə üzvlərinə zəng edir, onları söyür, hədələyirlər.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur