“Pirveli” teleşirkətinin informasiya xidmətinin rəhbəri Nodar Meladzenin sözlərinə görə, onun avtomobili ötən gecə Tbilisinin mərkəzində qarət edilib. Jurnalistin sözlərinə görə, peşə fəaliyyəti zamanı istifadə etdiyi xarici yaddaş kartı götürülüb.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“Bu, bir jurnalist kimi məni qarət simulyasiyası ilə qorxutmaq cəhdi idi, çünki adi qarət olsaydı, maşından gördüklərini götürərdilər. Saatım, uşağın saatı, eynək, istənilən insanın maşında saxlaığı şəxsi əşyalarım hər şey maşındadır və heç nəyə toxunulmayıb. Yalnız, jurnalist kimi, materialı köçürmək və yükləmək üçün peşə məqsədli istifadə etdiyim xarici yaddaş kartı götürülüb. Saxlama qutusunda saxladığım sənədlərlə maraqlanıblar, kağızlar atılıb, səpələnib, sanki hansısa konkret sənəd axtarırmışlar. Xarici yaddaş kartının yanına qoyduğum qulaqlıqlar da götürülüb”, - Nodar Meladze bildirib.
Onun nəql etdiyinə görə, hadisə ötən gecə, saat 12:00-3:00 radələrində baş verib. Avtomobil Kote Abxazi küçəsində saxlanılı olub.
Nodar Meladze baş vermiş hadisəni peşəkar fəaliyyəti ilə əlaqələndirir və “Formula” teleşirkətinin təsisçilərindən biri olan Mişa Mşvildadzeyə hücumdan sonra, “Öncə Gürcüstan” hərəkatının lideri Vato Şakarişvilinin növbəti hücum obyektinin onun olacağı ilə bağlı hədəsini xatırladır.
“Başından bəri, mənə hücum ediləcəyi barədə şifahi hədələrlə başladı. İşləri rəfə yığmaqda mahir olan Koka Katsitadzenin [Xüsusi İstintaq Xidməti - red.] qurumu iki həftədir ki, bu işi araşdırır və mənim üçün zərərçəkmiş kimi yeni heç nə yoxdur. İndi onlar, artıq hərəkətə keçiblər və qarət imitasiyası ilə qorxutmaq cəhdi olub”, - Meladze deyir.
Ötən gecə polis əməkdaşları hadisə yerində işləyirdi. Nodar Meladze bu gün dindirilməyə çağırılıb.
“Formula” televiziya şirkətinin təsisçilərindən birinə Tbilisidə, iyunun 27-də hücum olunub. Mişa Mşvildadze küçədə hərəkət halında olub. O, döyülüb və sifat nahiyyəsindən xəsarətlər alıb. Hücum müşahidə kameralarına düşüb. “Mən onu döydüm, çünki o, kilsəni cinayətkar adlandırır və xaçın zorakılıq simvolu olduğunu deyir. Patriarxı, gürcü millətini söyür, oğlanbazlığı müdafiə edir. Həmçinin “Facebook”da məni və dostlarımı söyür. Ona görə də mən heç yerdə gizlənməyəcəm”, – vətəndaş Nikoloz Quqeşaşvili cinayətin ertəsi günü sosial şəbəkədə yazıb. İyunun 17-də müxalif “Qirçi – Daha Çox Azadlıq” partiyasının lideri Zurab Caparidzeyə hücum edən vətəndaş Soso Maisuradze də cinayətini eyni mətnlə və eyni formada etiraf edib. Mşvildadzeyə hücumda ittiham olunaraq həbs edilən Quqeşaşvili barəsində həbs qətimkan tədbiri seçilsə də, “Formula” telekanalı cinayətin videogörüntülərinə əsasən hücumun Dövlət Təhlükəsizlik Xidməti tərəfindən təşkil edildiyini və orada DTX-nın müstəntiqi Qiorqi Mumladzenin rol aldığını iddia edir.
Bu mövzu haqqında:
Tənqidi mediaya qarşı cinayətlər 4 dəfə artıb – “Oçneba”nın təşviq etdiyi zorakılıq