Orban qondarma liberal təbliğatına qarşı möhkəm dayanan, təqlid olunmalı bir nümunədir - Kobaxidze

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

"Bu gün liberallar bütün dünyada ölkələrin və millətlərin kimliyini riskə atırlar. Liberal ideologiyanın ən geniş köklərə malik olduğu bu cür risklərlə daha çox Avropa və ABŞ-da üzləşilir", - Gürcüstanın baş naziri Macarıstanda keçirilən “Mühafizəkar Siyasi Fəaliyyət” konfransında çıxışı zamanı bildirib.

İrakli Kobaxidzenin fikrincə, liberallar xristianlığa qarşı xüsusi şövqlə mübarizə aparır və təbliğatdan silah kimi istifadə edirlər ki, bu da “medianın tam nəzarəti altında olan” bolşeviklərin çəkicindən daha çox gücə malikdir.

"Bu gün gürcü pravoslav kilsəsi onların hücumunun xüsusi hədəfidir", - Kobaxidze bildirib. O qeyd edib ki, liberallar da “ölkənin kimliyinin dövlət suverenliyi kimi mühüm sütunu” uğrunda mübarizə aparırlar.

" Bu gün hansı istiqamətdə getdiyi kimi proseslər o istiqamətdə getsəydi, ölkənin milli və dini kimliyi elan edildiyi kimi, dövlət suverenliyi də tezliklə rəsmi olaraq qəbuledilməz dəyər elan ediləcəkdi. Gürcüstan həm milli, həm dini kimliyini, həm də ənənəvi dəyərlərini uğurla qoruya bilib. Bununla belə, bizi də daha çətin sınaqlar gözləyir. Liberallar fəal şəkildə gürcü cəmiyyətində öz ideologiyasını yaymağa, dövlətin və cəmiyyətin əsaslarını sarsıtmağa çalışırlar", - Kobaxidze bildirib.

Gürcüstan baş nazirinin sözlərinə görə, bu “çağırışlara” cavab olaraq “Gürcü Arzusu” konstitusiya qanunu layihəsi təqdim edib ki, onun məqsədi “ailə dəyərlərini və yetkinlik yaşına çatmayanların maraqlarını qorumaqdır”. Faktiki olaraq, düzəlişlər “eyni cinslərin münasibətlərinin təbliği” sayıla biləcək hər hansı ictimai rəyin ifadəsini və ya ictimai toplantıları qadağan edir. Avropa Şurasında hakim partiyanın  seçkilər öncəsi bu təşəbbüsü LGBTI fobiyasına qarşı manipulyasiya və diskriminasiya kimi qiymətləndirilib.

İrakli Kobaxidzenin fikrincə, nəzarətsiz miqrasiya Avropa ölkələrinin milli kimliyi üçün ən böyük təhlükədir və proseslər indiki templə davam edərsə, çox tezliklə bir çox Avropa ölkələrində yerli əhali azlıq təşkil edəcək.

"Siz miqrantların Macarıstana nəzarətsiz daxil olmasına icazə verməmisiniz və bununla da ölkənin güclü milli kimliyini qoruyub saxlamısınız. Siz Macarıstanda xristianlığın və xristian dəyərlərinin keşiyində möhkəm dayanırsınız. Siz uşaqlara və gənclərə zərərli təsirlərin, onların mənəvi dəyərlərinin sarsıdılmasının qarşısını almaq üçün liberal təbliğata qəti şəkildə qarşısınız. Siz Macarıstanın dövlət suverenliyini qətiyyətlə qoruyursunuz, bu da ölkənin milli maraqlarının qorunması və həyata keçirilməsi üçün zəruri şərtdir. Macarıstan və onun hökuməti, xüsusən də Baş nazir Viktor Orban hər kəs üçün nümunədir, onlar üçün vətən və vətənpərvərlik sözləri xüsusi dəyər daşıyır", - Kobaxidze bildirib.

Dünyanın müxtəlif ölkələrindən mühafizəkar, populist və ifrat sağçı qüvvələrin nümayəndələrini birləşdirən Mühafizəkar Siyasi Fəaliyyət Konfransı (CPAC) bu il üçüncü dəfədir ki, Macarıstanda keçirilir. Tədbirdə əsas məruzəçi yenə də ölkənin baş naziri Viktor Orbandır. Gündəliyə əsasən aprelin 25-26-da “Suverenlik yaşayır, qlobalizm ölür”, “Qərbi xilas edin, sərhədləri qoruyun” və “Biz qazanırıq, onlar uduzur - 2024, seçki super ili” mövzularında müzakirələr aparılacaq.

Gürcüstanın baş naziri mühafizəkarların bu konfransında ilk dəfə 2023-cü ildə çıxış edib. Həmin vaxt hökumət başçısı İrakli Ğaribaşvili Avropa İttifaqında Orbanı dəstəklədiyinə və konfransda yaydığı homofob mesajlara görə tənqid olunmuşdu. Avropa Sosialistlər Partiyası (PES) 2015-ci ildə “Gürcü Arzusu”na verilən müşahidəçi üzv statusunu geri götürmək qərarına gəlmişdi, lakin bu məsələnin müzakirəsi başlamazdan əvvəl “Gürcü Arzusu”nun liderləri özləri "PES"dən ayrılacaqlarını bəyan etmişdilər.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur