Rusiya prezidenti Vladimir Putin “Vaqner”in dövlət büdcəsindən maliyyələşdiyini etiraf edib. İndiyədək Rusiya hakimiyyəti “Vaqner”in özəl hərbi şirkət olduğunu və dövlətlə heç bir əlaqəsinin olmadığını iddia edirdi.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“Mən istəyirəm ki, bu barədə hamımız bilək. “Vaqner” qrupunun maliyyəsi tamamilə dövlət tərəfindən, Müdafiə Nazirliyindən, dövlət büdcəsindən təmin edilirdi. Biz bu qrupu tam maliyyələşdirirdik.
Yalnız 2022-ci ilin may ayından 2023-cü ilin may ayına qədər dövlət “Vaqner”ə maaş və həvəsləndirmə üçün 86 milyard 262 milyon rubl ödəyib. Buradan maaşlar - 70 milyard 384 milyon, həvəsləndirmələr - 15 milyard 877 milyon təşkil edib. Sığorta ödənişləri 110 milyard 179 milyon olub”, - deyə Putin Kremldə, Müdafiə Nazirliyinin hərbçiləri ilə görüşündə bildirib.
Bundan əlavə, “Vaqner”in sahibi, Yevgeni Priqojinə məxsus “Konkord” şirkəti, Rusiya prezidentinin sözlərinə görə, əsgər tədarükü və ictimai iaşə xidmətləri müqabilində, bir il ərzində dövlətdən 80 milyard rubl alıb.
“Dövlət onun saxlanmasını tamamilə öz üzərinə götürdü [“Vaqnerin” – red.) və bütün bu qrupun bir hissəsi olan bu, “Konkord” şirkəti eyni zamanda 80 milyard rubl qazandı. Ümid edirəm ki, heç kim heç nə oğurlamadı və ya az oğurladı. Biz, əlbəttə ki, bütün bunları öyrənəcəyik”, - Putin bildirib.
Hərbçilərlə söhbət zamanı Vladimir Putin Yevgeni Priqojinin adını çəkməyib.
İyunun 23-də “Vaqner”in təsisçisi və Rusiya prezidentinə yaxın olan iş adamı, Yevgeni Priqojin Müdafiə Nazirliyini “Vaqnerlilər”in düşərgələrini bombalamaqda ittiham edib, bundan sonra onun döyüşçüləri Moskvaya doğru “ədalət yürüşü”nə başlayıblar. Müdafiə Nazirliyi Priqojinin ittihamlarını rədd edib və onun yaydığı məlumatı təxribat adlandırıb, Federal Təhlükəsizlik Xidməti isə “Vaqner”in rəhbərinə qarşı silahlı çevrilişə cəhd maddəsi ilə cinayət işi qaldırıb. İyunun 24-də “Vaqner” Ukrayna sərhədi yaxınlığındakı Rostov-Dondaki hərbi obyektlər, o cümlədən aerodrom üzərində nəzarəti bərqərar edib. Moskva şəhəri, Moskva və Voronej rayonlarında antiterror əməliyyatı rejimi elan edilib.
Rusiya prezidenti Vladimir Putin Priqojinin hərəkətini “arxadan vurulan zərbə” kimi qiymətləndirib. O, “vətənə xəyanət yolunu tutanların” hamısının “qaçılmaz cəza” ilə cəzalandırılacağı vədini verib.
İyunun 24-ü, axşam saatlarında Priqojin, qəfildən Moskva ilə 200 kilometr məsafədə olan “Vaqnerlilər” karvanının səhra düşərgələrinə qayıdacağını bildirib və bunu “rus qanı”nın tökülməməsi ilə izah edib. Onun bu bəyanatından əvvəl Belarus prezidenti Aleksandr Lukaşenkonun mətbuat xidməti məlumat yayıb ki, gün ərzində davam edən danışıqlar nəticəsində Priqojin Moskvaya doğru hərəkəti dayandırmağa razılaşıb.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib ki, Yevgeni Priqojinə qarşı qaldırılan cinayət işinə xitam veriləcək, Priqojinin özü isə Belarusa gedəcək. Kremlin sözçüsü həmçinin bildirib ki, qiyamda iştirak edən “Vaqner” üzvlərinə qarşı “cəbhədəki xidmətləri nəzərə alınmaqla” heç bir təqibə başlanılmayacaq.
Bu mövzu haqqında:
Məqsədimiz qanuni yolla seçilmiş hökuməti devirmək deyildi - Priqojin