Aİ-nin Qafqaz üzrə xüsusi nümayəndəsi: “Hara gedirsən, Gürcüstan?”

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaari Avropa Günündə Gürcüstanda baş verən hadisələrə münasibət bildirib.

“Ürəyim ağrısa da, bu gün şənlik üçün bəhanə olmalıdır. Münasibətlərimiz ümumi dəyərlərə və güclü vətəndaş cəmiyyətinin dəstəyinə əsaslanmalıdır, burada “xalq düşmənləri” siyahılarına və anonim telefon zənglərinə yer yoxdur. Toivo Klaar X sosial şəbəkəsində Hara gedirsən, Gürcüstan?”

Mayın 8-də parlament sədri Şalva Papuaşvili artıq açıq şəkildə bəyan edib ki, onlar partiya strukturları vasitəsilə “zorakılıqda, digər qanunsuz hərəkətlərdə, təhdidlərdə və şantajda iştirak edən və ya bunu ictimai şəkildə bəyənən bütün insanlar haqqında məlumatın toplandığı məlumat bazası yaradacaqlar”. Bu, sosial şəbəkələrdə səslənən fikirlərə də aiddir.

“Gürcü Arzusu”nun deputatı İrakli Zarkua mövzunu genişləndirərək deyib ki, “tanrıya, ata-anaya, ölkəyə, heç nəyə inanmayan vətənsiz şəxslərin siyahısı hazırlanmalıdır ki, cəmiyyət bu anti-gücü, anti-dövlət hərəkətlərin arxasında kimin dayandığını, təşkilatçısının kim olduğunu bilsin”.

“Agentlər” haqqında qanununa fəal şəkildə qarşı çıxan jurnalistlər, mülki fəallar və tələbələrə telefonla naməlum şəxslər tərəfindən zənglər edilir, onlar söyülür və nalayiq sözlərlə hədələnirlər.

Bundan əlavə, müstəqil media və qeyri-hökumət təşkilatlarının nümayəndələri  hökumətin nifrət kampaniyasının hədəfinə çevrilib. Mayın 8-dən 9-na keçən gecə onların evlərinin və ofislərinin yaxınlığında təhqiramiz, ləyaqət alçaldıcı, təhdid ehtiva edən və zorakılığa çağırış xarakterli plakatlar yapışdırıblar.

Rusiya qanunlarının əleyhdarları da fiziki hücuma məruz qalırlar. Naməlum şəxslər “Milli Hərəkat”ın üzvü Dimitri Çikovani, “Çavçavadze Mərkəzi”nin tədqiqatçısı Qia Caparidze, etiraz aksiyasının təşkilatçılarından biri, bayker Laşa Ğvinianidze, qeyri-hökumət təşkilatı “İnformasiya Azadlığının İnkişafı İnstitutu”nun direktoru Qiorqi Kldiaşvili və pedaqoq Lado Apxazavaya hücum edib. Mayın 3-də aksiyada iştirak edən gənclər fiziki təzyiqə məruz qalıb, lakin buna görə Daxili İşlər Nazirliyi tərəfindən heç kim həbs olunmayıb.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur