“Qirçi – Daha Çox Azadlıq” partiyasının lideri Zurab Caparidze deyir ki, “Qirçi TV”nin ofisinin yaxınlığında onu maşında pusqu üçün gözləyən maskalılardan biri ona tərəf getdikdən sonra havaya xəbərdarlıq atəşi açıb. Caparidzenin sözlərinə görə, artıq ikinci dəfədir ki, pusquya düşürülür - naməlum şəxslər onu dünən axşam evinin yaxınlığında da qarşılayıblar.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
““Qirçi TV”dən çıxdım, maşınımı Təhsil Nazirliyinin qarşısında saxlamışdım. Bu şəkildəki maşından, mən yanından keçən kimi maskalı, əzələli siçovul çıxıb mənə tərəf istiqamət aldı. Maşının ikinci qapısı açıldı və ikinci siçovul çıxmaq istəyirdi. Havaya atəş açıb hədələdim. Birinci siçovul elə sürətlə qaçdı ki, onun hara girdiyini görə bilmədim. Bu “Mersedes” yerində eşərək sürətlə yeraltı tunelə doğru hərəkət etdi. Çoxlu şahidlər var idi”, – müxalifətçi siyasət adamı deyir.
Partiyadan verilən məlumata görə, içərisində 3-4 nəfərin oturduğu “Mercedes” markalı avtomobildə alman nömrələri olub.
İki gün əvvəl gecə saatlarında naməlum şəxslər Gürcüstan Universitetinin müəllimi, “Çavçavadze Mərkəzi”nin tədqiqatçısı, Zurab Caparidzenin qardaşı Qia Caparidzeyə hücum ediblər. Qardaşlar rus qanunu əleyhinə hərəkətlərdə fəal iştirak edirlər. Dünən, mayın 9-da “Qirçi – Daha Çox Azadlıq”ın üzvü Boris Çele Kurua evinin yaxınlığında fiziki təzyiqə məruz qalıb.
Televiziya şərhi zamanı Zurab Caparidze deyib ki, o da hücum gözləyir, lakin onun silah gəzdirmək hüququ olduğu üçün bu onlar üçün “bir az çətin olacaq”. Bu bəyanatdan sonra parlamentin üzvü, “Gürcü Arzusu”nun regional katibi Zurab Caparidzeyə açıq şəkildə müraciət edərək onu hədələyib:
“Kim səni bağışlayıb, güzəştə getsə qoy sonuncu adam olsun! Dünən mən silahla gəzirəm deyib kişilənirmiş. Mən də silahla gəzirəm, sənin yanına gələndə xahiş edirəm mənə atəş aç ki, cavab atəşi açmağa bəhanə tapım! Səni donuz kimi yerə sərim... Sənsən övladımı öldürmək istəyən? Sənin qanını içəcəyəm! Əgər papağının sahibləri sənə kömək edib, əlimizdən ala bilsə mən naçional olum!”, - Samxaradze “Facebook”da yazıb, lakin, bu yazıya artıq rast gəlinmir.
Mayın 3-9-da həmçinin “Axali” partiyasının üzvü Nodar Çaçanidze, fəal Laşa Ğvinianidze, “Milli Hərəkat”ın üzvləri – Qiorqi Mumladze və Dimitri Çikovani, musiqiçi Qio Şenqeliya, pedaqoq Lado Abxazava və onun oğluna, qeyri-hökumət təşkilatı “İnformasiya Azadlığının İnkişafı İnstitutu”nın direktoru Qiorqi Kldiaşvili və “Formula”nın çəkiliş qrupuna, həmçinin rus qanununa qarşı etiraz aksiyasında iştirak edən gənclərə hücum edilib və onlara fiziki təzyiq göstərilib. Nifrət kampaniyasının hədəfi müstəqil jurnalistlər və qeyri-hökumət təşkilatlarının rəhbərləridir. Naməlum şəxslər onların evlərinin və ofislərinin yaxınlığında təhqiramiz, ləyaqət alçaldıcı, hədə-qorxu ehtiva edən və zorakılığa çağırış xarakterli plakatlar yapışdırır, avtomobillərinə ziyan vururlar. Mayın 10-da səhər saatlarında naməlum maskalı şəxslər “TV Pirveli”nin binasının yaxınlığında jurnalistləri və onların müsahiblərini pusquya salmağa cəhd ediblər. Polis hadisə yerinə gəlməyib.